Qadin.NET / Dünyada koronavirusa yoluxanların sayı 22 milyonu keçdi - STATİSTİKA

Dünyada koronavirusa yoluxanların sayı 22 milyonu keçdi - STATİSTİKA

Dünyada 22 052 928 nəfərdə koronavirus aşkarlanıb.
Virusa yoluxan 777 440 xəstənin öldüyü, 14 791 869 nəfərin sağaldığı məlumdur.
Koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında ilk üçlüyə 5 612 027 yoluxma ilə ABŞ, 3 363 235 yoluxma ilə Braziliya, 2 701 604 yoluxma ilə Hindistan daxildir.
Azərbaycanın sərhəd qonşularından Rusiya 927 745 yoluxma ilə dördüncü, İran 345 450 yoluxma ilə 11-cidir.
Türkiyədə 250 542, Ermənistanda 41 701, Gürcüstanda 1 341 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.
Azərbaycanda bu zamana qədər 34 343 nəfərdə koronavirus müəyyən edilib. Virusa yoluxanların 32 042 nəfəri sağalıb, 508-i ölüb.

18 avqust 2020
GO BACK