Rusiyanın Leninqrad vilayətinin Ladoqa gölü ərazisində içində naməlum maddə ilə dolu 12 ədəd çəllək aşkar edilib.
Qadin.Net REN TV-yə istinadən xəbər verir ki, çəlləklər meşənin ortasında ağacsız açıq sahədə tapılıb.
Qeyd olunur ki, hər bir çəlləyin tutumu 200 litrdir.
Fövqəladə hallar xidmətinin əməkdaşları ərazini nəzarətə götürüblər.
Çəlləklərdə olan maddənin tərkibini öyrənmək məqsədi ilə mütəxəssislər dəvət edilib.