Aparıcı Ebru Şallı həyat yoldaşı Uğur Akkuşun 36 yaşının tamam olmasını təmtəraqlı şəkildə qeyd edib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, birlikdə çəkilən şəkli yayımlayan Ebru "Ən xoşbəxt yaşın olsun, sevgilim. Mələyimin uğuru" sözlərini yazıb.
Şallının paylaşımı yenə tənqid atəşinə tutulub. Oğlu Parsı 4 ay əvvəl itirən sənətçinin çox tez ayağa qalxdığını yazan izləyiciləri Şallını özündən çıxarıb.
O, "Pis nəsə etmirəm ki... Ərimin ad gününü təbrik edirəm" cavabını verib.