Qadin.NET / Tuba Büyüküstünün yeni sevgilisi kimdir?

Tuba Büyüküstünün yeni sevgilisi kimdir?

Məşhur türk aktrisası Tuba Büyüküstün, keçmiş əri Onur Saylakın yaxın dostu olan, rejissor Cevdet Mercanla eşq yaşayır.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, aktrisanın eşq dedi-qodusunu türk mətbuatı yayıb. Belə ki, Tubanın Cevdet Mercanla əl-ələ görüldüyü ilə bağlı iddia irəli sürülüb.
Bu söz-söhbətlər yayıldıqdan qısa müddət sonra, hazırda "Şeref Sözü" adlı serialı ekranlaşdıran Cevdet Mercanın başqa bir sevgilisinin olduğu və həmin xanımla çəkiliş meydançasına getməsi ilə bağlı yeni xəbər yayılıb.
Qeyd edək ki, Tuba Büyüküstün iki övladının atası olan, aktyor Onur Saylakdan boşandıqdan sonra, 3 il Umut Evirgenle eşq həyatı yaşayıb.

18 avqust 2020
GO BACK