Gürcüstan beynəlxalq müntəzəm hava nəqliyyatı ilə bağlı məhdudiyyətləri sentyabrın 30-dək uzadıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Məlumata əsasən, Hökumətin "İzolyasiya və Karantin Qaydalarının Tətbiqi Haqqında" N 322 qərarına edilən dəyişikliyə əsasən müntəzəm beynəlxalq hava nəqliyyatında məhdudiyyətlər sentyabrın 30-dək uzadılır.
Mülki Aviasiya Agentliyinin məlumatına görə, sözügedən məhdudiyyətlər Tbilisi Beynəlxalq Hava Limanı ilə aşağıdakı hava limanları arasında birbaşa beynəlxalq uçuşlara şamil edilmir:
"Almaniya Fransa və Latviya ölkələrində epidemioloji vəziyyət pisləşməsə, Lufthansa, Air France və Air Baltic aviaşirkətləri müntəzəm uçuşları müəyyən edilmiş qrafikə uyğun olaraq davam etdirəcək. Digər istiqamətlərdə müntəzəm hava nəqliyyatının tədricən bərpası barədə qərar epidemioloji vəziyyəti nəzərə alaraq qəbul ediləcək. COVID-19 pandemiyası şəraitində aviasiya sektorunda vəziyyətin proqnozlaşdırılması çətin olduğu və qlobal miqyasda sərhəd və sərnişin məhdudiyyətləri ilə bağlı qərarların vaxtaşırı dəyişdirildiyi üçün vətəndaşlar və sərnişinləri təsdiqlənməmiş istiqamətlərə bilet almaqdan çəkinməyə çağırırıq”, - deyə Agentliyin açıqlamasında qeyd olunub.