Koronavirus pandemiyasından sonra piylənmə epidemiyası baş verə bilər.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, Kopenhagen və Aarhus Universitetlərinin (Danimarka) mütəxəssisləri özünütəcridin obez xəstələrin sayının artmasına səbəb olacağını qeyd edib. Koronavirus pandemiyasının səbəb olduğu məhdudiyyətlər psixososial etibarsızlıq yaradır ki, bu da daha çox yeməyə təşviq edir. Həkimlər piylənmənin daha ciddi sağlamlıq nəticələrinə səbəb ola biləcəyini proqnozlaşdırırlar.
Alimlər qeyd edib ki, böhran səbəbindən dünyanın bir çox ölkəsində əhalinin gəlirləri azalır, bu da onları daha ucuz yemək yeməyə məcbur edir. Tipik olaraq bu qidalarda kalori çoxdur. Zərərli yemək iştahı stimullaşdırdığı üçün həddən artıq yeməyə səbəb olur. Həddindən artıq yemək özünü təcrid edən və tək yaşayan bir çox vətəndaşın təsəlli obyektinə çevrilir. Bu təsir fiziki fəaliyyətin aşağı səviyyədə olması ilə daha da ağırlaşır.
Mütəxəssislərin fikrincə, səhiyyə orqanları gələcək epidemiya ilə əlaqədar narahat olmalı və lazımi tədbirlər görməlidir. Xüsusilə piylənmə ilə mübarizə strategiyasını hazırlamaq üçün müvafiq tədqiqatlara investisiya yatırmaq lazımdır.
May ayında Rusiya alimləri cəmiyyətdə yeni obsessiv qorxunun - koronafobiyanın ortaya çıxdığını elan etmişdi. Mütəxəssisin fikrincə, bu, əsasən koronavirusa yoluxma riski ilə deyil, ailəni maddi baxımdan təmin etmək imkanını itirmək qorxusu ilə yaranır. Stressdən sonrakı pozğunluq pandemiyanın bitməsindən həm aylar, həm də illər sonra görünə bilər.