Qadin.NET / Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 124 yeni yoluxma - FOTO

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 124 yeni yoluxma - FOTO

Azərbaycanda koronavirus infeksiyasına 124 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5153 test aparılıb.
Aktiv xəstə sayı isə 1793 nəfərdir.

17 avqust 2020
GO BACK