Qadin.NET / Həkim koronavirus pandemiyasının gözlənilməz nəticələrindən danışdı

Həkim koronavirus pandemiyasının gözlənilməz nəticələrindən danışdı

Koronavirus pandemiyası zamanı plastik cərrahlara müraciət edənlərin sayı kəskin artıb.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Atlanta Mərkəzinin plastik cərrahı Diana Aleksandr xəstə sayının son aylarda artdığını söyləyib. O bildirib ki, görünüşlərindən şikayət edən insanlar həkimlərə daha çox müraciət etməyə başlayıb:
“Heç vaxt bu qədər çox əməliyyat keçirməmişəm və bu yaykı qədər pasiyent qəbul etməmişəm”.
Mütəxəssislər pandemiya və pandemiyanın məhdudlaşdırıcı tədbirlərinin tətbiqi zamanı plastik cərrahlara müraciətlərin artmasının səbəblərini insanların bu müddətdə bir-biri ilə videozənglərlə əlaqə saxlaması və bu zaman kameranın çərçivəsində öz qüsurlarını daha aydın görməyə başlaması ilə izah edib.

“The New York Times” bu tendensiyanı gözlənilməz adlandırır, çünki ABŞ-da plastik əməliyyat olduqca bahadır. Müxtəlif prosedurların dəyəri 3,3-25 min dollar arasında dəyişir.

17 avqust 2020
GO BACK