Psixiatr Yuri Vyalba emosional gərginliyin ən yüksək həddə çatdığı zaman sadəcə qışqırmağı məsləhət görür. Ancaq bu qışqırıq başqalarını narahat etməməlidir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, eskpert meşədə və ya açıq havada qışqırmağı tövsiyə edib.
“Fəryadın köməyi ilə gərginliyi aradan qaldıra bilərsiniz - emosional mənfi enerji insanın daxil olmur və sizi psixoloji baxımdan məhv etmir” , - psixiatr açıqlamasında bildirib.
Mütəxəssis əlavə edib ki, iş yerində qışqırmaq olmaz, çünki bu vəziyyəti daha da ağırlaşdıracaq. Etiraz səsi problemə yönəldilməlidir. Vyalba sonda qeyd edib ki, psixoterapevt müalicə prosesinin bir hissəsi olaraq bir xəstəni qışqırmağa məcbur edə bilər. Bunu hansısa bir cinayəti və günahı xatırlamaqla etmək olar, ancaq qışqırıq və fəryadın müəyyən bir insana yönəlməməsi vacibdir.