Qadin.NET / "Sümüksüz qız" hər kəsin diqqətini çəkdi

"Sümüksüz qız" hər kəsin diqqətini çəkdi

Hazırda Almaniyada yaşayan Yuliya Günter daha çox "İlan-qız" və ya "Sümüksüz qız" kimi tanınır.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, Rusiyada - Naberejnıye Çelnıda doğulan Yuliyanın əvvəlki soyadı Akmaletdinovadı. Almaniyada övlad anası olan rusiyalı çox məşhurdu. İki dəfə Ginnesin rekordlar kitabına düşən Günter bunu ayaqları ilə heç kimin bacarmadığı sürətlə butulka açmaq və kürək sümüklərinin köməyi ilə 3 şar partlatmaq məharəti ilə bacarıb. Çətinliklərin öhdəsindən gündə 3-4 saatlıq məşqlərin sayəsində gəldiyini söyləyən xanım 175 santimetr boya malikdi. Hərçənd tərəfləri 50 santimetr olan qutuya rahatlıqla girərək daha bir rekord müəyyənləşdirməyə də imkan tapıb...

...4 yaşında vətərlərində olan nadir xəstəlik üzündən inanılmaz dərəcədə elastik və plastikalı olduğu aşkarlanan qız sonradan məharətini inkişaf etdirməyə başlayıb. 10 yaşında ilk dəfə sirk səhnəsinə çıxıb. 16 yaşından isə o, yaxşı qazanc və peşəkar inkişaf ardınca qərbə köçməyə qərar verib. Zlata ləqəbi ilə Almaniyada müxtəlif şoular göstərən idmançı çox keçmədən istədiyinə nail olub.

İndi müxtəlif reklam şirkətləri ilə əməkdaşlıq edən, filmlərə çəkilən Yuliya karyerasının zirvəsindədir.

16 avqust 2020
GO BACK