Qadin.NET / Ancelina Coli və Bred Pittin övladları nənələri ilə görüşmürlər

Ancelina Coli və Bred Pittin övladları nənələri ilə görüşmürlər

Hollivud ulduzları Ancelina Coli və Bred Pittin 6 övladı 4 ildir nənə-babasını görmürlər.
Axşam.az xəbər verir ki, bu haqda "The Sun" məlumat yayıb. Bildirilib ki, uşaqlar Bredin valideynləri Ceyn və Uilyamla sonuncu dəfə 2016-cı ildə görüşüblər.
Həmin ərəfədə Coli və Pitt 12 illik münasibətlərinin bitdiyini açıqlamışdı. Uşaqlar valideynləri ayrıldıqdan sonra nənə-babanı da görmək istəməyib. Buna səbəb Ancelina ilə Bred arasındakı gərgin münasibət olub.
Eyni zamanda vurğulanıb ki, Colinin Pittin valideynləri ilə heç də yaxşı münasibəti olmayıb. Aktrisa onlarla gec-gec görüşüb.

16 avqust 2020
GO BACK