Qadin.NET / Məşhur repçi pulları küçəyə səpələdi - VİDEO

Məşhur repçi pulları küçəyə səpələdi - VİDEO

Koronavirusa yoluxma təhlükəsi səbəbiylə vaxtından əvvəl həbsxanadan azad edilən amerikalı repçi “Tekashi 6ix9ine” yenidən küçədə pul paylaması ilə gündəmə gəlib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, əsl adlı Daniel Ernandes olan 24 yaşlı repçi cangüdənlərinin əhatəsində Los-Anceles küçələrində küllü miqdarda pulu insanların qarşısında səpələyib.
Havada uçuşan və yerə tökülən pulları yığan vətəndaşlar sənətçidən bir az da pul atmasını istəyiblər.
Sözügedən görüntüləri “Tekashi 6ix9ine” İnstaqram səhifəsində paylaşıb.
Qeyd edək ki, repçi 2019-cu ilin dekabrında quldur dəstəsi tərəfindən törədilmiş cinayət əməllərinə görə həbsə girmişdi. O, tez-tez küçədə pul paylaması ilə diqqət çəkir.

16 avqust 2020
GO BACK