Avstraliyada leysan yağışları və güclü külək Sidney yaxınlığında yerləşən Krallıq Milli Parkında qəribə görüntüyə səbəb olub.
Qadin.Net bildirir ki, “Daily Mail” xəbər verir ki, parkda yerləşən şəlalədə su yuxarıdan aşağı deyil, əksinə axır.
Sürəti saatda 70 kilometrə çatan külək suyu istiqamətini dəyişməyə məcbur edib.
Meteoroloqlar deyirlər ki, güclü külək okeandan əsəndə “şəlalənin tərs axması” baş verir və axınlar aşağıdan yuxarıya doğru yönəlir.