Müğənni Sərdar Ortaç İstanbulun Bebek səmtində velosipet sürərkən obyektivlərə tuş gəlib.
Qadin.Net xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Ortaçın çəhrayı əlcəkləri diqqət çəkib. O bildirib ki, əlcəklər keçmiş həyat yoldaşı Çloe Louqhandan qalıb.
"Keçmiş həyat yoldaşımın əlcəkləridir. Artıq mənim oldu. Seçil (yeni sevgilisi -red.) əsəbləşməz. Taxanda, çox gözəl xatirələr deyirəm. Evdə hələ də əşyaları var. Hiç bir şey götürməyib. İngiltərədə pandemiya başladığı üçün gələ bilmədi. Danışdıq, mesajlaşdıq. Vəziyyəti yaxşıdır, ailəsi ilə sağlam həyat yaşayır" deyə, Ortaç bildirib.