Qadin.NET / Azərbaycanda koronavirusa yoluxma yenidən 100-dən aşağı düşdü: İki nəfər öldü

Azərbaycanda koronavirusa yoluxma yenidən 100-dən aşağı düşdü: İki nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 207 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6041 test aparılıb.
Aktiv xəstə sayı isə 1904 nəfərdir.

15 avqust 2020
GO BACK