Böyük Britaniyada mini ətəkdə ərzaq mağazasına daxil olan qadın ətrafdakıların narazılığına səbəb olub.
Qadin.Net bildirir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Sarrey qraflığının 33 yaşlı sakini Lorren Okonnor alış-veriş edərkən satıcı ona yaxınlaşaraq geyiminin çox açıq-saçıq olduğunu və müştərilərdən şikayət aldıqlarını bildirib.
Ona tutulan iraddan hiddətlənən qadın “Twitter” hesabında bunu seksizm (cinsi ayrı-seçkilik) kimi qiymətləndirib.
Qadın bildirib ki, mağazada dress-kod (vahid geyim forması) mövcud deyil və hadisə baş verən gün havanın hərarəti çox yüksək olub.
L.Okonnorun narazılığı sosial şəbəkə istifadəçiləri tərəfindən dəstəklənib. Mağazanın rəhbərliyi isə müştəridən üzr istəyərək hadisəni araşdıracaqlarına söz verib.