Qadin.NET / “Aşura”da qanvermə necə təşkil olunacaq? - AÇIQLAMA

“Aşura”da qanvermə necə təşkil olunacaq? - AÇIQLAMA

“Koronavirusla əlaqədar ölkədə fəaliyyət göstərən məscidlər işləməyəcək. Bu il “Aşura” günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək”.
Qadin.Net-in məlumatına görə, bunu TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ Qafqaz Müsəlmanları İdarəsi ilə müzakirə olunur:
“Sosial məsafə saxlanılmaq şərti ilə də Milli Hematologiya və Transfuziologiya Mərkəzində də qanvermə aksiyaları keçiriləcək”.

15 avqust 2020
GO BACK