“Hər bir vaksin əvvəlcə üçmərhələli yoxlamadan keçməlidir. Həmin vaksin beynəlxalq səviyyədə yoxlanışdan keçmədiyindən bu gün üçün həmin ölkə ilə heç bir danışıqlar getmir”.
Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, məlumatlar ümidverici olsa da, hələlik konkret bir söz demək tezdir:
“Həmin vaksinin yoxlanılması və immunitetin güclənməsi üçün hansı təsirinin olub-olmaması dəqiqləşdikdən sonra bu barədə addım atmaq barədə düşünmək olar”.