Qadin.NET / Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA

Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA

“Təhsil müəssisələrinin açılması ilə bağlı məsələ araşdırılır və öyrənilir”.
Qadin.Net məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edir ki, məsələ ilə bağlı müxtəlif fikirlər var:
“Bu, epidemioloji vəziyyətlə bağlı məsələdir. Digər ölkələrdə də bu məsələ ciddi şəkildə araşdırılır. Bütün məsələlər müzakirə olunur. Bu barədə məlumat veriləcək”.

15 avqust 2020
GO BACK