Qadin.NET / Natalya Podolskaya ikinci dəfə ana olacaq

Natalya Podolskaya ikinci dəfə ana olacaq

Rusiyalı müğənni Natalya Podolskaya ikinci dəfə ana olmağa hazırlaşır.
Qadin.Net REN TV-yə istinadən xəbər verir ki, sənətçi bu barədə öz “Instagram” səhifəsində məlumat yayıb.
N. Podolskayanın sosial şəbəkə hesabında çimərlik geyimində paylaşdığı fotoda hamilə olduğu aydın görünür.
“Mən sadəcə düşünürəm ki, Presnyakovlar çox olmalıdır”, - deyə N.Podolskaya paylaşdığı fotoya şərh yazıb.
Qeyd edək ki, N.Podolskaya 2010-cu ildən məşhur rusiyalı estrada müğənnisi Vladimir Presnyakovla evlidir. Cütlüyün 2015-ci ildə Artyom adlı oğlu dünyaya gəlib.

15 avqust 2020
GO BACK