Qadin.NET / Maykl Cordanın idman ayaqqabıları rekord məbləğə satıldı

Maykl Cordanın idman ayaqqabıları rekord məbləğə satıldı

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu, əfsanəvi basketbolçu Maykl Cordanın idman ayaqqabıları hərracda 615 min dollara (Təxminən bir milyon manat - red.) satılıb.
Bu barədə NSN agentliyi məlumat yayıb.
M.Cordan 1985-ci ildə İtaliyada çıxdığı oyunda şüşə lövhəni sındırmış, nəticədə, şüşə qırıntısı onun hərracda satılan ayaqqabısında qalmışdı.
İdman ayaqqabısı M.Cordanın oynadığı klubun ənənəvi qırmızı, qara və ağ rənglərindədir.

15 avqust 2020
GO BACK