Fransa, Niderland və Maltada istirahət edən minlərlə britaniyalı təcili evlərinə qayıtmaq istəyirlər.
Qadin.Net “RİA Novosti” -yə istinadən xəbər verir ki, onlar şənbə günündən Fransada tətbiq olunacaq iki günlük karantindən qaçırlar.
Yerli nəqliyyat şirkətlərindən bildirilib ki, Fransadan Krallığa gedən qatarlarda izdiham var və avtomobillə getmək üçün bilet qalmayıb.
Britaniya hökuməti avqustun 15-dən etibarən Fransa, Niderland, Malta, Monako, Turks və Kaykos adalarından, həmçinin, Niderland Krallığının bir hissəsi olan Arubanın dənizətrafı ərazilərindən gələnlər üçün iki həftəlik karantin tətbiq edəcəyini açıqlayıb.
Bu, həmin ərazilərdə COVID-19-a yoluxma sayının artması ilə əlaqədardır.