“Sputnik V” peyvəndinə xaricdən çox sayda tələb gəlir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.
Dünyada qeydiyyata alınan ilk koronavirusa qarşı peyvəndə dair danışan nazir bildirib ki, hələlik, peyvəndi ixrac etmək haqqında düşünmürlər: “Hər şeydən əvvəl daxili bazarın tələbatını ödəməliyik. Peyvənd ilk mərhələdə risk qrupundakı insanlara veriləcək. Mən özüm də peyvənd vurduracam. Kütləvi istehsal artıq başlayıb”.