Dünyada hind narı kimi tanınan, türklərin qüdrət narı adlandırdığı bu növ artıq Qax rayonunda da yetişir. Hind narını yetişdirən qəhrəmanımız uşaqlıqdan təbiətə olan marağını on ildən çoxdur ki, hobbi olaraq davam etdirir.
Qadin.Net bildirir ki, Baku TV xəbər verir ki, o, hind narının toxumlarını həyətində əkib və bu il ilk məhsulu əldə edə bilib.
Bağ-bağça, gül-çiçək aşiqi olan Süleyman Süleymanov həyətinin bir hissəsini güllük əraziyə çevirib. Bağban hind narı ilə yanaşı, ilk dəfə olaraq yemişvari balqabaq da yetişdirə bilib. Bu meyvə növü yeməli olmasa da, suvenir kimi istifadə olunur. Kənd şəraitində dekorativ ağacları və subtropik meyvələri yetişdirən qəhrəmanımız gələcəkdə bu sahəni daha da inkişaf etdirmək istəyir.