Vyetnam hökuməti Rusiyadan SARS-CoV-2 koronavurusu əleyhinə vaksin alacaq.
Qadin.Net bildirir ki, "Reuters” agentliyi bu barədə Vyetnam Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
“Eyni zamanda, Vyetnam COVID-19 əleyhinə öz peyvəndini inkişaf etdirməkdə davam edəcək", - deyə, nazirliyin məlumatında qeyd olunur.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dünyada ilk koronavirus əleyhinə peyvəndin qeydiyyatdan keçdiyini elan edib.
Preparat Rusiya Müdafiə Nazirliyinin və Qamaleya adına Elmi-Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən birgə hazırlanıb və “Sputnik V” adını alıb.