Peyvənd də daxil olmaqla, koronavirusla mübarizədə istifadə ediləcək vasitələr üçün ən azı 100 milyard dollar lazımdır.
Qadin.Net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib.
O bildirib ki, hazırda pandemiyanın qısa vədəli nəticələri ilə mübarizə üçün trilyonlarla dollar xərclənib:
“BVF pandemiyanın qlobal iqtisadiyyata ayda 375 milyard dollara başa gələcəyini, bununla da qlobal iqtisadiyyatda 2 ildə trilyonlarla dollarlıq itkinin yaranacağını bildirir”.