Qadin.NET / Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Qadin.Net APA -ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, genral-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Bəybalayev Emin Xanəhməd oğlu Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin Avtomobil Nəqliyyatı Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
E.Bəybalayev bundan əvvəl Maddi Texniki Təminat Baş idarəsinin Avtomobil Təsərrüfatının mühəndisi vəzifəsində işləyib.

14 avqust 2020
GO BACK