Şahzadə Harri və Meqan Markl yenə də evlərini dəyişiblər.
Qadin.Net axşam.az-a istinadən xəbər verir kki, Böyük Britaniyadan Kanadaya köçən cütlük daha sonra Los-Ancelesdə yaşamağa başlayıb.
Harri və Meqan Montesitoda ev alaraq bir neçə ay əvvəl övladları ilə orada yaşamağa başlayıblar. Şahzadənin yeni sarayı 9 yataq, 16 vanna otağından ibarətdir. Eyni zamanda həyətdə iki otaqdan ibarət olan qonaq evi var.
Onlar yeni malikanəyə 15 milyon dollar ödəyiblər. Harri və Meqan paparassilərdən qorunmaq üçün evin ətrafını mühafizə ediblər.