Qadin.NET / Saymon Kouel əməliyyat olunacaq

Saymon Kouel əməliyyat olunacaq

Dünyaca məşhur aparıcı-prodüser Saymon Kouellin onurğası sınıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bu barədə aparıcıya yaxın mənbələrdən biri “DailyMail” nəşrinə açıqlamasında bildirib. Hadisə Saymonun Malibudakı evində baş verib. O, yeni aldığı elektrik velosipedi sınaqdan keçirərkən yıxılıb və ciddi xəsarət alıb. Onurğası qırılan 60 yaşlı aparıcının əməliyyat olunacağı qeyd edilib.
Xatırladaq ki, Saymon “America's Got Talent”, “Britain's Got Talent” və “X Factor” kimi məşhur müsabiqələrin hakimi və prodüseridir.

13 avqust 2020
GO BACK