Türkiyənin İstanbul Universitetinin Tibb Fakültəsi reanimasiyada müalicə edilən COVID-19 xəstələrinin bir qisminin müalicəsində istifadə edilən venadaxili insan immunoqlobulininin tətbiqindən uğurlu nəticələr əldə edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, müalicə üsulunun tətbiq edildiyi xəstələrin ölüm riski digər xəstələrə nisbətən daha azdır.
Bu xəstə qrupunda 60%-dən çox dəyərləndirilən ölüm faizi 40%-ə düşüb.
İstanbul Tibb Fakültəsi Xəstəxanası Reanimasiya şöbəsinin müdiri Fiqen Esen immun çatışmazlığı və digər bəzi avtoimmun xəstəliklərin müalicəsində müraciət olunan, ümumi adı IVIG olan qan tərkibinin koronavirusun müalicəsində ortaya qoyduğu nəticələrdən sonra elmi məqalə hazırlamağa başlayıb.
Bu metod dünyada daha irəli səviyyədə kliniki araşdırmaların həyata keçirilməsinə təməl olacaq.
İstanbul Universitetinin bu uğurundan sonra ABŞ-dakı müxtəlif mərkəzlərdə koronavirus xəstələrində IVIG-nin effektivliyi və təhlükəsizliyini dəyərləndirən Faz-3 araşdırma işlərinə başlanılıb.