Qadin.NET / Koronavirus peyvəndi ən azı 2 il infeksiyadan qoruyacaq

Koronavirus peyvəndi ən azı 2 il infeksiyadan qoruyacaq

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin rəhbəri Aleksandr Qinsburq Qərb həmkarlarının Rusiya peyvəndinə etinasızlıqla reaksiya verməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, alim bunu dərman bazarındakı rəqabətlə izah edib:
“Koronavirusa qarşı Rusiya peyvəndinin tənqidi rəqabətlə əlaqəli ola bilər. Rus mütəxəssisləri tərəfindən yaradılan vaksinlər insanları azı iki il infeksiyadan qoruyacaq”, - mərkəzin rəhbəri qeyd edib.
Xatırladaq ki, Rusiyada iki elmi laboratoriya koronavirusa qarşı peyvəndi yaratmaq imkanını açıqlayıb. Avqustun 11-də Prezident Vladimir Putin şəxsən Vektor Tədqiqat Mərkəzinin peyvəndinin dünyada ilk olaraq qeydiyyatdan keçdiyini və istifadəyə hazır olduğunu elan edib. Filippin və Serbiya liderləri isə Rusiya dərmanını özlərində sınamaq istəklərini açıqlayıb.

14 avqust 2020
GO BACK