Qadin.NET / UEFA iki futbolçusu koronavirusa yoluxmuş kluba texniki məğlubiyyət verdi

UEFA iki futbolçusu koronavirusa yoluxmuş kluba texniki məğlubiyyət verdi

UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində təxirə salınmış “Drita” (Kosovo) – “Linfild” (Şimali İrlandiya) oyunu ilə bağlı yekun qərarı açıqlayıb.
Qadin.Net xəbər verir ki, qitənin ali futbol qurumu Kosovo təmsilçisinə texniki məğlubiyyət verib.
Bu nəticədən sonra I təsnifat mərhələsinə adlayan Şimali İrlandiya klubu Polşanın “Legiya” (Varşava) komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, avqustun 11-də keçirilməli olan “Drita” – “Linfild” oyunundan əvvəl kosovoluların heyətində 2 futbolçu koronavirusa yoluxduğundan qarşılaşma təxirə salınmış, komanda isə karantinə alınmışdı.

13 avqust 2020
GO BACK