Rusiyanın Krasnoyarsk şəhər sakini “NİVA” markalı minik avtomobilini suda batırıb.
Video “Krasnoyarsk №1” “Telegram” kanalında yerləşdirilib.
Videoda sükan arxasında oturan sürücünün avtomobili su kanalına sürdüyü, özünün isə üzərək sahilə çıxdığı əks olunub.
Hüquq mühafizə orqanları sürücünün davranışı ilə əlaqədar araşdırma aparır.