Qadin.NET / Ekspert bu şəxslərə qəhvəni kakao ilə əvəz etməyi tövsiyə etdi

Ekspert bu şəxslərə qəhvəni kakao ilə əvəz etməyi tövsiyə etdi

Rusiyanın Federal Qidalanma və Biotexnologiya Tədqiqat Mərkəzinin direktoru Dmitri Nikityuk kimin qəhvədən imtina etməsi və kakaoya üstünlük verməsi barədə məsləhətlər verib.
Qadin.Net Rusiya mətbuatına istinadən xəbər verir ki, qəhvə mədə-bağırsaq və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün zərərlidir. Ürək xəstəliyindən əziyyət çəkənlərdə yüksək təzyiq onsuz da var, qəhvə isə damarların dartılmasına kömək edir və bu, vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
“Əgər xəstə qəhvədən heç cür vaz keçə bilmirsə, onu kakao ilə əvəz etsin. Lakin bir fincan ləzzətli kakao dəmlədiyiniz zaman ölçünü gözləməlisiniz. İçkinin tərkibində qan təzyiqini artıra biləcək bir çox bioloji aktiv maddələr var. Bundan əlavə, tozun tərkibində şəkərin olduğunu da unutmaq olmaz”, - Nikityuk qeyd edib.

13 avqust 2020
GO BACK