Qadin.NET / Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır

Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır

Türkiyənin Akdəniz Universitetinin azərbaycanlı professoru Tərlan Məmmədov koronavirusun qarşısını ala biləcək vaksin hazırlayır. O, bu işin üzərində 20 nəfərə yaxın bir heyətlə çalışır.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, o, hazırlanan bitki mənşəli vaksinlə bağlıilk dəfə olaraq "XəzərXəbər"ə müsahibə verib.
Azərbaycanlı alim Türkiyədə koronavirus infeksiyasının müalicəsində istifadə oluna biləcək bitki mənşəli vaksin hazırlayır.
20-ə yaxın magistr və aspirantla vaksini hazırlayan Milli Elmlər Akademiyasının müxbir üzvü, Akdeniz Universitetinin Professoru Tərlan Məmmədov müsahibəsində bildirib ki, COVID-19 qarşı vaksinlərin hazırlanması istiqamətində işlər uğurla davam etdirilir. Bu məqsədlə bir neçə vaksinin nümunəsi hazırlanaraq heyvanlar üzərində test edilib.
Tərlan Məmmədovun sözlərinə görə, ən önəmli məsələlərdən biri COVID-Ə yoluxmuş, lakin sonradan sağalan xəstələrdən götürülən qanda aparılan analizlərdir.Bu istiqamətdə də müsbət nəticələr əldə olunub.

Tərlan Məmmədov onu da qeyd etdi ki, hazırlanacaq vaksinin növbəti mərhələdə insanlar üzərində sınağı keçirləcək və bu barədə də ictimaiyyətə məlumat veriləcək.

12 avqust 2020
GO BACK