Qadin.NET / “Twitter” tərcümə üçün yeni xidmətə müraciət edib

“Twitter” tərcümə üçün yeni xidmətə müraciət edib

“Twitter”in Braziliya bloqunda bu sosial şəbəkənin yeni funksiyasının işə salındığı barədə elan yerləşdirilib.
Qadin.Net bildirir ki, Kod.ru xəbər verir ki, “Twitter” sosial şəbəkəsi paylaşımların tərcüməsi funksiyasını işə salıb.
“Twitter”də tərcümə xidməti 2015-ci ildə “Bing” (“Microsoft”a məxsusdur – red.) tərcümə bazasında işə salınıb.
Sistem, ingilis və rus dilləri də daxil olmaqla, təxminən 40 dilə tərcüməni dəstəkləyirdi.
İndi isə tvitləri tərcümə etmək üçün “Google Translate” texnologiyasından istifadə olunur.

13 avqust 2020
GO BACK