Belarusun paytaxtı Minskdə 250 yerli qadın ağ paltar və çiçəklərlə küçələrə çıxıb.
Qadin.Net bildirir ki, MK.ru məlumat verir ki, onlar ölkə ərazisində zorakı hərəkətlərə etiraz etmək üçün əl-ələ tutaraq düzülüblər.
Qadınlar seçkilərdə səslərin düzgün sayılmasını xahiş ediblər. Digər dinc etirazçılar kimi, “əliyalın, silahsız” olduqlarını bildiriblər.
Son bir neçə gündə Belarusda Aleksandr Lukaşenkonun altıncı dəfə ölkə prezidenti seçilməsinə qarşı kütləvi etiraz aksiyaları keçirilir. İlk iki gündə 5000-dən çox insanın nəzarətə alındığı bildirilir.