Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski koronavirusa qarşı peyvəndin hazırlanmasında iştirak edən hər kəsin mükafatlandırılmasına və peyvəndin sürətlə bütün ölkəyə yayılmasına çağırış edib.
Qadin.Net bildirir ki, Gazeta.ru-nun məlumatına görə, bu barədə partiya lideri “Telegram” kanalında yazıb.
Siyasətçi qeyd edib ki, ilk peyvənd – rus elminin və həkimlərinin nailiyyətidir: “Rusiya isə bütün dünyaya bir daha ən güclü tibb nəhəngi olduğunu sübut edib”.