ABŞ-ın Corciya ştatında bir məktəbin ətrafındakı ərazidə yaşayan 800 uşaq yeni növ koronavirusa yoluxma ehtimalı ilə karantinə alınıb.
Qadin.Net bildirir ki, “Anadolu” agentliyi xəbər verir ki, 42 məktəb işçisi də nəzarət altındadır.
Ötən həftədən etibarən birbaşa məktəbdə təhsil prosesinə başlanılan bölgədə 42 mindən çox şagirdin təhsil aldığı bildirilir.
Koronavirusa yoluxma hallarının qəfil artması nəticəsində əyalətin digər məktəblərində də təhsil prosesi dayandırılıb.