Dünyaca məşhur küçə sənətçisi Benksinin miqrasiya böhranına diqqət çəkmək məqsədilə çəkdiyi “Aralıq dənizi 2017” tablosu İngiltərənin paytaxtı Londonda hərraca çıxarılıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, 3 parçadan ibarət tablo 2,2 milyon funt sterlinqə satılıb.
800-1,2 milyon funt sterlinqə təklif olunan əsər adları açıqlanmayan 2 nəfər arasındakı çəkişmə nəticəsində 2,2 milyona sahibini tapıb. “Sotheby’s” hərracı bu əsərin Benksinin bu günə qədər satılan ən bahalı əl işi olduğunu açıqlayıb.
Satışdan əldə olunan gəlir Fələstinin Beytülləhim şəhərindəki xəstəxanaya bağışlanacaq. Bu pulla xəstəxanaya iflic xəstələri və uşaqlar üçün reabilitasiya cihazları alınması planlaşdırılır.