Rusiya ordusunda Astarxan (Həştərxan) dəbli baş geyimlərindən imtinanın səbəbi açıqlanıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Rusiyanın məşhur "Modnıy Priqovor" televiziya şousunun aparıcısı, moda tarixçisi Aleksandr Vasiliyev orduda yeni doğulmuş quzu dərisindən hazırlanmış papaqlardan imtinanı belə izah edib: "Bu, heyvanlara qarşı hümanist münasibətin təzahürüdür.
Ölkə rəhbərliyi quzuların tələf edilməsini və dərilərindən papaq düzəldilərək orduda istifadə edilməsini istəmir. Əgər biz orduda Astraxan papaqlarının geyinilməsinə qarşıyıqsa, deməli quzuların kəsilməsi və ətindən istifadəsinə qarşı da olmalıyıq. Bəlkə də bununla bağlı ölkəmizdə məcburi veqanizm tətbiq ediləcək". Vasiliyev vətəndaşları restoranlarda quzu ətindən hazırlanmış yeməklərdən imtina etməyə çağırıb. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin təklifi əsasında ordu generallarına quzu dərisindən hazırlanmış Astraxan papaqlarından istifadəni qadağan edib.