Koronavirus pandemiyasından nəsibini alanlardan biri 47 yaşlı aktrisa Elizza Milano olub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, aktrisa COVİD-19 xəstəliyinin bu günə qədər gündəmə gəlməyən fəsadlarından danışıb.
Duşdan çıxaraq kamera qarşısına əyləşən Milano koronavirusa yoluxduqdan sonra saçlarının dəhşətli dərəcədə tökülməsindən danışıb. O, fırça ilə saçlarını daradıqdan sonra tökülən tellərini izləyicilərinə göstərib.
3-cü testdən sonra yoluxma nəticəsinin pozitiv çıxdığını vurğulayan aktrisa aprel ayından bəri müalicə almasına baxmayaraq, hələ də xəstəliyin bəzi simptomlarını daşıdığını bildirib.
Aparılan araşdırmalara əsasən COVİD-19 xəstəliyi saç tökülməsi kimi fəsadlar törədə bilər. Tibbdə "telogen effluvium" adlandırılan saç tökülməsi müvəqqəti problemdir. Bu, xəstəliyə yoluxanların yaşadığı fiziki və ya psixoloji stress, koronavirusun yol açdığı yüksək temperature nəticəsində də əmələ gələ bilər.