Qadin.NET / Bu ölkədə koronavirus 102 gün sonra yenidən baş qaldırdı

Bu ölkədə koronavirus 102 gün sonra yenidən baş qaldırdı

Yeni Zelandiyada 102 gün sonra yenidən koronavirusa yoluxma aşkarlanıb.
Qadin.Net publika.az -a istiandən xəbər verir ki, bu barədə gecə saatlarında mətbuat konfransı təşkil edən Baş nazir Yasinda Ardern bildirib.

Ölkənin ən qələbəlik şəhərlərindən biri olan Auklənddə yaşayan bir ailənin 4 üzvündə koronavirus aşkar edildiyini bildirən baş nazir həmin şəxslərin son zamanlarda xarici səyahətə çıxmadığını deyib.

Baş nazir şəhər miqyasında 3 günlük üçüncü dərəcəli fövqəladə vəziyyət elan edib. Bu da restoran və barların, ikinci dərəcəli mağazaların fəaliyyətinin dayandırılması deməkdir. Xalqa lazım olmadıqca küçəyə çıxmamaq və 10 nəfərdən artıq toplaşmamaq tapşırılıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Yüni Zelandiyanı pandemiya ilə mübarizədə nümunə ölkələrdən biri adlandırır.

11 avqust 2020
GO BACK