Qadin.NET / Livanda GƏRGİNLİK ARTIR: Prezidentin istefası tələb edildi

Livanda GƏRGİNLİK ARTIR: Prezidentin istefası tələb edildi

Çərşənbə axşamı günü Livan paytaxtında hökumət əleyhinə etiraz aksiyaları yenidən başlayıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Onun məlumatına görə, etirazçılar partlayış nəticəsində dağılmış Beyrut limanının girişinə toplaşıblar.
Manifestantlar hökumət əleyhinə şüarlar səsləndirir, Livan Prezidenti Mişel Aunun istefasını və parlamentin buraxılmasını tələb edirlər.

11 avqust 2020
GO BACK