Rusiya koronavirusa qarşı peyvəndin beş ölkədə istehsal olunmasına qərar verib.
Qadin.Net bildirir ki, TASS-ın məlumatına görə, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dmitriyev danışıb.
“Xarici tərəfdaşlarımızla birlikdə artıq beş ölkədə ildə 500 milyon doza peyvəndin istehsalını təmin etməyə hazırıq və istehsal gücünü daha da artırmağı planlaşdırırıq”, - deyə K.Dmitriyev bildirib.
O qeyd edib ki, rəhbərlik etdiyi fonda bir milyard dozadan çox peyvənd alınması üçün 20 ölkədən ilkin müraciətlər daxil olub.