Hollivud ulduzu Monika Belluççinin Vensan Kasseldən olan 15 yaşlı qızı model kimi fəaliyyətə başlayıb.
Qadin.Net xarici KİV-ə istinadən xəbər verir ki, deva bu dəfə "Dolce & Gabbana"nın yeni kolleksiyası üçün obyektiv qarşısına keçib.
İtaliyada Komo gölündə edilən fotosessiyada gənc qız çimərlik geyimində çəkilib.
Qeyd edək ki, Kassel və Belluççi 2013-ci ildə ayrılıb.