Türkiyəli müğənni Seda Sayan “Sabah-sabah” verilişində qonaq olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, S.Sayan bir neçə veriliş təklifi aldığını, ancaq bu il istirahət etmək istədiyini bildirib:
“Özümə balaca yaxta aldım. Layiq olduğumu düşünürəm. Ötən mövsüm çox yoruldum, istirahət etmək istəyirəm”.
Müğənni aparıcı Alişanın “Nənə olmaq istəyirsiniz” sualına “Oğulcanın qərarıdır. Ancaq ki, mənə nənə deməsini istəmirəm. Seda desin, deyəcəyəm” cavabını verib.
Xatırladaq ki, Oğulcan Engin aktrisa Ezgi Eyüboğlu ilə eşq yaşayır.