Bu gündən etibarən Fransanın paytaxtı Paris şəhərində Sena çayının sahilində və əhalinin istirahət üçün daha çox üz tutduğu məkanlarda maska rejimi tətbiq olunacaq.
Qadin.Net bildirir ki, TASS xəbər verir ki, şəhər administrasiyası bu addımın ağırlaşan epidemioloji vəziyyətlə əlaqədar qəbul edildiyini bildirib.
Paris şəhər meriyasından verilən məlumatda qeyd olunur ki, ölkə üzrə götürülən testlərin yalnız 1,6 faizi müsbət nəticə verdiyi halda, Fransa paytaxtında həmin göstərici 2,4 faizdir.