Qadin.NET / Qoruyucu maskalar həyatımızdan nə vaxt çıxacaq?

Qoruyucu maskalar həyatımızdan nə vaxt çıxacaq?

Tibb elmləri doktoru, epidemioloq, viral infeksiyalara nəzarət və qarşısının alınması üzrə mütəxəssis Mixail Favorov payızda koronavirus infeksiyasının ikinci dalğasının meydana gəlmə ehtimalının yüksək olduğunu bildirib.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, bu barədə o, RT efirində məlumat verib. Mütəxəssis virusun daha da aqressivləşə biləcəyini qeyd edib. Həkim əlavə olaraq mövsümi yüksəlişin oktyabr ayında başlayacağını və bu dövrdə COVID-19-a yoluxanların yayda xəstələnənlərə nisbətən infeksiyanı daha çətin keçirəcəyini açıqlayıb.

“Bütün tənəffüs xəstəliklərində mövsümilik var. Payız və qışda qripə yoluxma halları artır. Yay aylarında virus günəşin ultrabənövşəyi radiasiyasına məruz qalması səbəbindən azalır”, - Favorov bildirib.

Onun sözlərinə görə, insanlar özünü qorumaq üçün təxminən iki il ərzində qoruyucu maskalar taxmalıdır:

“Qarşıdakı iki-üç il ərzində istəsək də, istəməsək də maska taxmalı olacağıq. Maskaya nifrət edirəm, amma taxıram. Bunun nəinki sizi, başqalarını da qoruduğunu başa düşün. Virus ötürdüyünüz dozadan asılıdır. Maska ​​taxdığınız zaman doza azalır”.

Favorovun fikrincə, effektiv peyvənd yaradılsa belə, koronavirus epidemiyası daha iki il davam edəcək. Əgər tapılmazsa, üç-dörd il çəkə bilər. O qeyd edib ki, ölənlərin sayını azaltmaq üçün ilk növbədə risk altında olan insanları peyvənd etmək lazımdır.

11 avqust 2020
GO BACK