Bu həftə yeni tip koronavirusa yoluxanların sayı 21 milyona çata bilər. Üstəlik, COVID-19 qurbanlarının sayı 800 min olacaq.
Qadin.Net xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə danışıb. O, vəziyyətin son dərəcə kritik həddə çatdığını bildirib. Bütün ölkələrin əhalisini yeni infeksiyanın yayılmasının qarşısını almağa səsləyən ÜST rəsmisi koronavirusla mübarizədə əldə edilən nəticələri “ümid cücərtisi” adlandırıb.
Xatırladaq ki, ÜST martın 11-də koronavirusu pandemiya elan etmişdi.
Yoluxma sayı ən çox ABŞ-da müşahidə olunur, bu günə qədər 5 milyondan çox yoluxma faktı qeydə alınıb, Braziliya 3 milyondan çox göstərici ilə ikinci yerdə dayanır. Hindistanda yoluxmuş insanların sayı artıq 2 milyonu keçib.